Fransa millisindən imtina etdi

Fransa millisindən imtina etdi
XƏBƏR 8 Sentyabr 2018 / 17:24 4960
-  A +

Fransa millisinin üzvü Coffre Kondoqbia futbol vətəndaşlığını dəyişmək qərarına gəlib.

Qol.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, hazırda “Valensiya”da çıxış edən 25 yaşlı yarımmüdafiəçi bundan sonra Cənubi Afrika Respublikası yığmasının formasını geyinəcək. CAR əsilli futbolçu bunun üçün artıq FİFA-dan icazə alıb.

Qeyd edək ki, 2013-cü ildə Fransanın gənclər millisi ilə dünya çempionu olan Kondoqbia əsas yığmada 5 yoldaşlıq oyunu keçirib.

Son xəbərlər
topaz banner