Yığmamızın rəqiblərinin oyununda 4 qol

Yığmamızın rəqiblərinin oyununda 4 qol
XƏBƏR 8 Sentyabr 2018 / 01:00 4790
-  A +

UEFA Millətlər Liqasında ilk turun oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, yığmamızla birgə D Liqasının 3-cü qrupunda yer alan Farer adaları ilə Malta da ilk matçına çıxıb.

Farer adaları doğma meydanda maltalıları 3:1 hesabı ilə məğlub edib.

Farer adaları – Malta – 3:1
Qollar
: Yoan Simun Edmundsson, 31 (1:0), Rene Yonsen, 38 (2:0), Maykl Mifsud, 42 (2:1), Hallur Hansson, 51 (3:1)

Bu qələbədən sonra Farer adaları millimizin yer aldığı qrupda vahid liderə çevrilib.

Qeyd edək ki, Azərbaycan yığması 2-ci turda səfərdə Maltanın qonağı olacaq. Kosovo isə doğma meydanda Farer adaları ilə üz-üzə gələcək. Sentyabrın 10-da keçiriləcək hər iki görüş Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Son xəbərlər
topaz banner