"Səbail" birinci divizion klubuna qarşı

"Səbail" birinci divizion klubuna qarşı
XƏBƏR 7 Sentyabr 2018 / 17:49 1842
-  A +

Milli komandaların oyunları ilə əlaqədar  Topaz Premyer Liqada yaranmış fasilədən istifadə edən "Səbail" daha bir yoxlama oyunu keçirəcək.
 
Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, rəqib birinci divizion təmsilçisi "Şüvəlan" olacaq. Sentyabrın 8-də "Bayıl Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Səbail" bundan əvvəl yoxlama oyununda "Keşlə"yə 1:2 hesabı ilə məğlub olub.


Son xəbərlər
topaz banner