“El-Klassiko”nun vaxtı müəyyənləşdi

“El-Klassiko”nun vaxtı müəyyənləşdi
XƏBƏR 7 Sentyabr 2018 / 14:29 6533
-  A +

İspaniya La Liqasında 2018/2019 mövsümünün ilk “El-Klassiko”sunun vaxtı məlum olub.

Qol.az-ın xəbərinə görə, bu barədə La Liqanın prezidenti Xavyer Tebas yerli mətbuata məlumat verib.

La Liqanın 10-cu turunda “Barselona” doğma meydanda “Real”ı qəbul edəcək. Oktyabrın 28-də keçiriləcək matç Bakı vaxtı ilə  saat 19:15-də başlayacaq.

Qeyd edək ki, La Liqada 3 turdan sonra "Barselona" və "Real" hərəyə 9 xalla müvafiq olaraq 1-ci və 2-ci pillədə qərarlaşıb.

Son xəbərlər
topaz banner