Braziliya millisinin əsas kapitanı seçildi

Braziliya millisinin əsas kapitanı seçildi
XƏBƏR 7 Sentyabr 2018 / 13:10 4528
-  A +

Braziliya millisinin əsas kapitanı müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, bu barədə yerli mətbuata komandanın baş məşqçisi Tite məlumat verib. O, kapitanlıq sarğısını PSJ-nin hücumçusu Neymarın daşıyacağını deyib.

Bu il Rusiyada keçirilən dünya çempionatında müxtəlif futbolçular Braziliya millisində kapitan olmuşdu.

Qeyd edək ki, 2010-cu ildən yığmaya dəvət alan Neymar 90 oyuna 57 qol vurub.

Son xəbərlər
topaz banner