Sneyder millidən getdi

Sneyder millidən getdi
XƏBƏR 7 Sentyabr 2018 / 01:45 2655
-  A +

Uesli Sneyder Hollandiya millisindəki çıxışını başa vurub.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Peruya qarşı keçirilən yoxlama görüşü (2:1) Sneyder üçün narıncı formada sonuncu olub.

Meydana start heyətində çıxan 34 yaşlı futbolçu 62-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Sneyder Holladiya yığmasında 2003-cü ildə debüt edib. O, yığmanın heyətində 2010-cu ildə dünya çempionatının gümüş, 4 il sonra isə bürünc medalını qazanıb.

Əlavə edək ki, millidə 134 oyuna çıxan Sneyder 31 qol vurub.

Son xəbərlər
topaz banner