Danimarkalı futbolçular milliyə qayıdırlar

Danimarkalı futbolçular milliyə qayıdırlar
XƏBƏR 7 Sentyabr 2018 / 00:38 4526
-  A +

Danimarka Futbol Federasiyası millinin üzvləri ilə yaşanan kommersiya hüququ probleminin yoluna qoyulduğunu bəyan edib.

Qol.az-ın BBC-yə istinadən yaydığı xəbərə görə, bu həftə yığma üzvləri ilə federasiya arasında problem yaşanmışdı və qalmaqal oyunçuların yığmadan imtina etməsi ilə nəticələnmişdi.

Nəticədə UEFA-dan gələ biləcək sərt cəzanı nəzərə alan federasiya qısa vaxt ərzində tamamilə yeni komanda formalaşdırmışdı. 4 futzalçı və aşağı liqada çıxış edən futbolçulardan formalaşan Danimarka yığması yoxlama oyununda Slovakiyaya 0:4 hesabı ilə məğlub olub.

Bu gün federasiya prezidenti Yesper Meller millinin əsas oyunçuları ilə razılıq əldə olunduğunu bildirib. O qeyd edib ki, komanda üzvləri Millətlər Liqasında Uelslə oyunda meydana çıxacaqlar.

Son xəbərlər
topaz banner