Millimiz İspaniyaya uduzdu

Millimiz İspaniyaya uduzdu
XƏBƏR 7 Sentyabr 2018 / 00:00 2482
-  A +

İtaliyanın Sardiniya adasındakı Alghero şəhərində təşkil edilən Avropa Super Finalında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, İspaniya yığması ilə qarşılaşan komandamız 4:5 hesabı ilə məğlub olub. Millimizin qollarını Əbdül Əliyev, Ramil Əliyev, Orxan Məmmədov və Asif Zeynalov vurub.

Komandamız turnir çərçivəsində növbəti oyununu sentyabrın 7-də Portuqaliyaya qarşı keçirəcək.


Son xəbərlər
topaz banner