Rüfət Dadaşov dubl etdi və zədələndi

Rüfət Dadaşov dubl etdi və zədələndi
XƏBƏR 6 Sentyabr 2018 / 16:13 4182
-  A +

Dünən Vestfaliya Kubokunun ikinci turunun "Bryunninqhauzen" klubu ilə oyununda (4:0) dubl edən "Proyssen"in hücumçusu Rüfət Dadaşov zədələnib.

Qol.az-ın klubun rəsmi səhifəsinə istinadən yaydığı xəbərə görə, bu gün tibbi müayinədən keçən azərbaycanlı futbolçunun zədəsinin elə də ciddi olmadığı məlum olub. Onun təxminən 2 gün komandadan ayrı qalacağı gözlənilir.

Qeyd edək ki, Rüfət komandasının 4:0 hesablı qələbəsi ilə başa çatan matçın 32 və 45-ci dəqiqələrində fərqlənib.


Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner