Maradona yenidən məşqçiliyə başlayır - ikinci divizionda

Maradona yenidən məşqçiliyə başlayır - ikinci divizionda
XƏBƏR 6 Sentyabr 2018 / 15:26 2379
-  A +

Argentina millisinin sabiq üzvü Dieqo Maradona yenidən məşqçiliyə başlamaq istəyir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, hazırda Brest "Dinamo"sunda İdarə Heyətinin sədri vəzifəsində çalışan mütəxəssis Meksikanın "Dorados" klubu ilə danışıq aparır. Tərəflərin artıq bir çox məsələlərdə razılığa gəldiyi və Maradonanın yaxın günlərdə ikinci divizionda mübarizə aparan komandanın baş məşqçisi təyin olunacağı gözlənilir.

Qeyd edək ki, son olaraq Qətərin "Əl-Vasl" və "Əl-Fuceyra" klublarını çalışdırmış Maradona 2008-2010-cu illərdə Argentina millisinə də başçılıq edib.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə