“Qrupumuzda hansı komandaların yer aldığını bilirik. Hər biri ölkəsinin çempionudur. Bu gün futzalda zəif klub anlayışı yoxdur. Buna görə də, oyunların hamısının çətin keçəcəyi danılmazdır və buna hazır olmalıyıq. Oyunlar Slovakiyada keçiriləcək və bu, meydan sahibi “Luçenec” komandası üçün əlavə üstünlük olacaq. Digər iki rəqibimiz mübarizəyə ilkin mərhələdən başlasa da, iddialıdırlar. Litva çempionu “Vytis” heyətini braziliyalı futzalçılarla gücləndirib. “Valletta” də sıradan rəqib deyil. Çünki həm “Vytis”, həm də “Valletta” ilkin mərhələni məğlubiyyətsiz başa vurub və mübarizəni davam etdirmək hüququ qazanıb”.
Qol.az-ın Azərbaycan Futzal Federasyasının saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Araz”ın baş məşqçisi Joze Alesio da Silva UEFA Çempionlar Liqasında yer aldıqları qrupu şərh edərkən deyib.
Şanslar barədə danışan baş məşqçi qrupda aşkar favoritin olmadığını vurğulayıb: “Düzdü, reytinqinə görə “Araz” qrupun top komandası sayılır. Ancaq şanslar komandalar üçün bərabərdi. Əlbəttə, şansımız var və bu, 50-nin 50-yədir”.
Alesio heyətdəki dəyişikliklərə də toxunub: “Məşqlərimizi hər gün davam etdiririk. Xüsusilə də birinci oyuna diqqət yetirəcəyik. “Vytis”in heyətində 7 braziliyalı çıxış edir. Bizin heyətdə də dəyişikliklər olub. Yerli futzalçılarla güclənməyə çalışdıq. Əlbəttə, rəqibin braziliyalılarını zərərsizləşdirmək üçün məşqlərdə bir neçə taktiki çalışmalar yerinə yetiririk. Həm də ilk oyunlar digərləri ilə müqayisədə ağır olur. Təbii ki, hər 3 oyun vacibdi. Birinci matçdan sonra diqqətimizi ikinci duelə yönəldəcəyik. Rəqiblərimizin hamısını yaxından tanıyıram”
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı
Flik “Barselona”nın kapitanlarını açıqladı
"Sabah" - "Zirə": Heyətlər
40 yaşlı Modriçin milli karyerası davam edir
Mourinyonun Arda Güler qərarı xoş qarşılanmadı
“Liverpul”un idman direktoru istefa verdi
Modriç Xorvatiya millisində oynamağa hazırdır
Yamal niyə komandadan ayrı düşüb?
Premyer Liqa klubundan baş məşqçi qərarı
Millinin yeni baş məşqçisi müəyyənləşdi
PSJ 5 futbolçu ilə eyni anda yeni müqavilə imzaladı
Gəncə şəhər stadionunda anşlaq
Luis Enrike məğlubiyyətdən danışdı
FİFA-UEFA gərginliyində növbəti mərhələ
Mourinyo “Real”ın futbolçularını niyə “sadəlövh” adlandırıb?
Neymar ağır zədə aldı
“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! - Rəsmi
“Real”ın mövsümdəki ilk məğlubiyyəti
PSJ-nin qələbəsiz oyunları seriyası üçə çatdı
Zamiq Əliyev oynadı, komandası qalib gəldi
Leandro Andrade “Polesye”də qol hesabını açdı - Video
“Qalatasaray”dan çətin qələbə
“Komandada hələ ki, stabillik çatışmır” - Azər Məmmədov
"Şamaxı" Gəncədə 3 xalı 4 qolla qazandı - Video
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi