İbrahimoviç Misir klubuna keçir - iddia

İbrahimoviç Misir klubuna keçir - iddia
XƏBƏR 6 Sentyabr 2018 / 13:16 3115
-  A +

"Los-Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviç ABŞ klubundan ayrıla bilər.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, isveçli futbolçu karyerasını Misirdə davam etdirməyə yaxındır. Sözügedən ölkənin "Piramids" klubu 36 yaşlı forvardı heyətinə qatmaq istəyir. İddiaya görə, "Los-Anceles Qelaksi" klubunun rəhbərliyi daha yaxşı təklif alan İbrahimoviçi buraxmağa hazırdır.

Qeyd edək ki, təcrübəli futbolçu bu ilin yanvarından ABŞ klubunun formasını geyinir. Bu komandanın heyətində 21 oyunda meydana çıxan İbrahimoviç 16 qol vurub.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə