Danimarkanın yeni komandası uduzdu - Video

Danimarkanın yeni komandası uduzdu - Video
XƏBƏR 6 Sentyabr 2018 / 12:22 3617
-  A +

Danimarka millisi  Slovakiya ilə yoxlama oyunu keçirib.

Qol.az-ın məlumatına görə, Danimarkadan futzalçılar və aşağı liqalarda oynayan futbolçuların meydana çıxdığı matçda Slovakiya 3:0 hesabı ilə qalib gəlib.

Slovakiya - Danimarka - 3:0
Qollar:
Adam Nemeç, 11, Albert Rusnak, 37, Adam Foq, 79-avtoqol

Qeyd edək ki, Danimarkada federasiya ilə milli üzvləri arasında yaşanan kommersiya hüququ problemi oyunçuların yığmadan imtina etməsi ilə nəticələnib. UEFA-dan gələ biləcək sərt cəzanı nəzərə alan federasiya qısa vaxt ərzində tamamilə yeni komanda formalaşdırıb. Maraqlıdır ki, 23 nəfərlik heyətdə futzal yığmasının 4 üzvü də yer alıb. Digərləri isə Danimarkanın aşağı liqalarında oynayan futbolçulardır.



Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə