"Sportinq"də yeni müqavilə

"Sportinq"də yeni müqavilə
XƏBƏR 6 Sentyabr 2018 / 10:56 2001
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq"  futbolçusu Jovane Kabral ilə yeni müqavilə bağlayıb.

Qol.az-ın Lissabon təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Kabo-Verde millisinin hücumçusu ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər uzadılıb. 20 yaşlı oyunçuya 60 milyon avro qiymət qoyulub.

J.Kabrak 2016-cı ildə "Sportinq"ə transfer olunub və aşağı yaş qruplarında çıxış edib.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyununu səfərdə "Sportinq"ə qarşı keçirəcək


Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner