“Skudetto uğrunda “Yuventus” və “Napoli” mübarizə aparacaq”

“Skudetto uğrunda “Yuventus” və “Napoli” mübarizə aparacaq”
XƏBƏR 6 Sentyabr 2018 / 00:55 2891
-  A +

“Latsio”nun baş məşqçisi Simone İnzagi A seriyasının cari mövsümdəki favoritləri haqda danışıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, paytaxt klubunun çalışdırıcısı bildirib ki, ötən il mövsüm olduğu kimi, yenə də Skudetto uğrunda “Yuventus” və “Napoli” mübarizə aparacaq:

“Biz artıq həm “Yuventus”a, həm də “Napoli”yə qarşı oynamışıq. Düşünürəm ki, ötən il olduğu kimi, bu dəfə də Skudetto uğrunda yenə bu 2 komanda mübarizə aparacaq. Bu iki möhtəşəm komanda iki güclü mütəxəssis - Alleqri və Ançelottinin rəhbərliyi altında çıxış edirlər.

Mövsümə zəif başladığımızı düşünmürən. “Napoli” və “Yuventus”a layiqli müqavimət göstərdik. Çempionatdan yaranan fasilədən maksimum yararlanaraq növbəti oyunlarda daha yaxşı hazırlaşacağıq”.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə