"Real"ın sabiq futbolçusu Misir millisində

"Real"ın sabiq futbolçusu Misir millisində
XƏBƏR 5 Sentyabr 2018 / 12:47 3596
-  A +

“Real”ın və İspaniya millisinin sabiq futbolçusu Miçel Salqadonun yeni iş yeri bəlli olub.

Qol.az-ın xəbərinə görə, 42 yaşlı veteran müdafiəçi Misir yığmasının yeni baş məşqçisi Xavyer Aqirrenin köməkçisi təyin olunub. Bu barədə milli komandanın rəsmi Tvitter hesabından məlumat verilib.

Qeyd edək ki, "Selta"nın yetirməsi olan Salqado 1999-2009-cu illərdə "Real"da çıxış edib. O, İspaniya millisində 53 oyun keçirib.

Son xəbərlər