Droqba “Çelsi”yə qayıtdı

Droqba “Çelsi”yə qayıtdı
XƏBƏR 5 Sentyabr 2018 / 12:26 5891
-  A +

“Çelsi”nin sabiq hücumçusu Didye Droqba London klubuna qayıdıb.

Qol.az-ın Britaniya mətbuatına iistinadən yaydığı xəbərə görə, afrikalı forvard "zadəganlar"ın titul sponsoru “Yokohama Tyres”in səfiri təyin edilib.

Layihə çərçivəsində Droqba Fransa, Hindistan, Malayziya, Portuqaliya, İspaniya və Vyetnama yollanaraq orada “Çelsi”nin azarkeşləri, eləcə də “Yokohama”nın müştəriləri ilə görüşəcək.

Qeyd edək ki, 40 yaşlı veteran futbolçu 2004-2012 və 2014-2015-ci illərdə "Çelsi"də çıxış edib.

Son xəbərlər