Lövdən milli komandaya qadağa

Lövdən milli komandaya qadağa
XƏBƏR 5 Sentyabr 2018 / 10:50 3143
-  A +

Almaniya millisinin baş məşqçisi Yoahim Löv komandadakı nizam-intizamı gücləndirir.

Qol.az-ın “Bild”ə istinadən yaydığı xəbərə görə, mütəxəssis artıq bu istiqamətdə ilk addımı atıb. Təcrübəli çalışdırıcı futbolçulara gecə saat 12-yə kimi otelə qayıtmaq və bu saatdan sonra otaqlarından çıxmamaq tapşırığı verib. Hətta oyunçulara otelin barında oturmaq da qadağan olunub.

Qeyd edək ki, Lövün DÇ-2018-də qrupdan çıxa bilməmələrinin məhz nizam-intizamla bağlı olduğunu düşündüyü üçün bu addımı atdığı iddia olunur.

Son xəbərlər