İngiltərə millisində debütant qapıçı

İngiltərə millisində debütant qapıçı
XƏBƏR 5 Sentyabr 2018 / 01:49 3355
-  A +

“Fulhem”in qapıçısı Markus Bettinelli İngiltərə yığmasına dəvət alıb.

Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, 26 yaşlı qolkiper ilk dəfədir ki, milliyə dəvət alır.
Bettinellinin milliyə dəvət alması gözlənilməzdir. Çünki o, yalnız bu mövsüm Premyer Liqada debüt edib. Cari mövsüm 2 dəfə meydana çıxan qapıçı əvvəlki 4 mövsüm Çempionşipdə forma geyib.

Qeyd edək ki, İngiltərə millisi sentyabrın 8-də Millətlər Liqası çərçivəsində İspaniya ilə, ayın 11-də isə yoxlama görüşündə İsveçrə ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər