“Ötən mövsüm mənim üçün faciəvi alınmışdı” - Morata

“Ötən mövsüm mənim üçün faciəvi alınmışdı” -  Morata
XƏBƏR 5 Sentyabr 2018 / 01:24 2742
-  A +

Alvaro Morata yayda “Çelsi”ni tərk etmək istəyib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda ispan hücumçu özü açıqlama verib:

“Ötən mövsüm özümdən razı qalmamışdım. Start yaxşı alınsa da, yekunda faciəvi mövsüm keçirdim. Meydana çıxarkən sanki harada olduğumu dərk etmirdim. Bu səbəbdən də İspaniya, yaxud İtaliyaya qayıtmaq haqda düşünürdüm.

Amma həqiqətdən qaçmaq mümkün deyil. Mən İspaniyadan dünya çempionatında oynamaq üçün ayrıldım. Lakin yekunda mundiala yollana bilmədim. Bunu qəbul etmək çətin idi. Mövsümü yaxşı keçirməmişdim və Lopoteqinin qərarını düzgün hesab edirəm. Artıq əlimdən gələni edəcəyəm ki, növbəti dünya çempionatında çıxış edim.

Çətin zamanlardan keçdim və buna görə klubumu dəyişmək istəyirdim. Yayda Madridə qayıtmaq imkanım var idi. Ancaq yekunda “Çelsi”də qalmaq qərarına gəldim. Ümid edirəm ki, buna görə məyus olmayacağam”.

Daha çox


Son xəbərlər