Markizionun “Zenit”dəki qazancı məlum oldu

Markizionun “Zenit”dəki qazancı məlum oldu
XƏBƏR 5 Sentyabr 2018 / 00:54 3871
-  A +

“Yuventus”dan ayrılaraq “Zenit”ə keçən Klaudio Markizionun yeni klubundakı qazancı məlum olub.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, italiyalı yarımmüdafiəçi yeni klubunda ildə 3,5 milyon avro qazanacaq.

Halbuki daha əvvəl Markizionun Sankt-Peterburq təmsilçisində ildə 6,5 milyon avro qazanacağı və bununla da Rusiya Premyer Liqasının ən yüksəködənişli futbolçusu olacağı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Markizio azad agent statusu ilə “Zenit”lə 2 illik müqavilə imzalayıb.

 


Son xəbərlər