Bu gün “Neftçi”nin veteran futbolçusu Vidadi Rzayev doğum gününü qeyd edir. 1967-ci ildə dünyaya gəlmiş sabiq yarımmüdafiəçi 1986-1991, 1995-1998, 2003-2005-ci illər ərzində “Neftçi”nin heyətində 252 oyun keçirib, 35 qol vurub. Vidadi Rzayev 1992-2001-ci illərdə Azərbaycan milli komandasının heyətində 35 oyun keçirib, 1 qol vurub. O, “Neftçi” ilə Azərbaycan çempionatının (1997, 2004, 2005) və ölkə kubokunun (1996, 2004) qalibi olub, Azərbaycanın ən yaxşı futbolçusu seçilib (1996).
51 yaşlı olması münasibəti ilə "Neftçi"nin saytı V.Rzayevdən müsahibə alıb. Qol.az həmin müsahibəni təqdim edir.
- Doğum gününüz mübarək, Vidadi müəllim!
- Çox sağ olun ki, unutmursuz! Belə diqqət həmişə xoşdur.
- Doğum gününüz sentyabrın əvvəlinə təsadüf edir. Ola bilməz ki, karyeranız boyu bir dəfə də olsun bu günə oyun düşməsin...
- Olub, təbii ki. Amma futbolçularda maraqlı bir inanc var. Doğum günü oyun gününə təsadüf edirsə, heç kim heç kimi təbrik eləmir. Bütün təbriklər oyundan sonraya qalır. Düşər-düşməzi olar...
- Bu günə qədər aldığınız ən gözlənilməz hədiyyə hansı olub?
- Bütün hədiyyələr xoş olsa da, bir hədiyyəni ən gözlənilməz adlandırardım. 2000-ci ildə Şəmkir İcra Hakimiyyətinin sabiq başçısı, mərhum Aslan Aslanov mənə elə hədiyyə edib ki, indiyə kimi istifadə eləyirəm.
- Sirr deyilsə, nə hədiyyədir?
- Sirdir (gülür). Deyə bilməyəcəm.
- Sizin haqqınızda çox maraqlı söhbətlər eşitmişik. Onlardan biri bizi 2004-cü ilə aparır. “Neftçi” Tiflis “Dinamo”su ilə Gürcüstanda yoldaşlıq oyunu keçirirdi. Tribunada əyləşən yerli azarkeşlərdən biri...
- Bəli. O söhbətdən xəbərim var. Həmin azarkeş komandamızın nümayəndəsindən soruşmuşdu ki, Sovet dövründə “Neftçi”də Vidadi Rzayev oynayırdı, bu onun oğludur? O da cavab vermişdi ki, xeyr, oğlu deyil, özüdür. İnana bilmirdilər ki, mən o yaşda oynayaram.
- 2005-ci ildə də “Birlik Kuboku”nun ən yaxşı oyunçusu seçildiniz. 38 yaşınız vardı...
- Bəli, təltifetmə mərasimindən sonra komanda yoldaşım, hazırda “Neftçi”də çalışan Mahmud Qurbanov yaxınlaşıb dedi ki, bu mükafatı ona görə sənə verdilər ki, bir də bura gəlməyəsən. Təbii ki, zarafatca dedi, amma onun sözlərində müəyyən qədər həqiqət var idi. Çünki o vaxta qədər mən “Birlik Kuboku”nda bir neçə komandanın heyətində çıxış eləmişdim.
- Karyeranızı 40 yaşında bitirdiniz. Sirr deyilsə, bu yaşa qədər normal futbol oynamaq üçün nə etmək lazımdır?
- Desəm ki, hər zaman rejim saxlamışam, yeməyimə xüsusi diqqət yetirmişəm, yalançı olaram. Heç komanda yoldaşlarım da mənə bunu etməyə imkan verməyəcəklər. Hətta hamamdan və masajdan da nadir hallarda istifadə edirdim. Amma gənclərə tövsiyə edərdim ki, peşəkar olsunlar. İndiki futbol onlardan məhz peşəkar olmağı tələb edir.
- “Neftçi” sizin üçün nə məna daşıyır?
- Mən Azərbaycanın bir neçə klubunda oynamışam. Bundan əlavə, Rusiya və Türkiyədə də top qovmuşam. Oynadığım hər bir klub mənim üçün əziz olub, amma “Neftçi”nin yeri başqadır. “Neftçi” canlı tariximizdir. Kimlər bu formanı geyinməyib ki?! Banişevski, Tuayev, Bruxti... Əfsanələr! Bu komandanın formasını geyinmək şərəfdir və bunu dərk etmək lazımdır.
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı
Flik “Barselona”nın kapitanlarını açıqladı
"Sabah" - "Zirə": Heyətlər
40 yaşlı Modriçin milli karyerası davam edir
Mourinyonun Arda Güler qərarı xoş qarşılanmadı
“Liverpul”un idman direktoru istefa verdi
Modriç Xorvatiya millisində oynamağa hazırdır
Yamal niyə komandadan ayrı düşüb?
Premyer Liqa klubundan baş məşqçi qərarı
Millinin yeni baş məşqçisi müəyyənləşdi
PSJ 5 futbolçu ilə eyni anda yeni müqavilə imzaladı
Gəncə şəhər stadionunda anşlaq
Luis Enrike məğlubiyyətdən danışdı
FİFA-UEFA gərginliyində növbəti mərhələ
Mourinyo “Real”ın futbolçularını niyə “sadəlövh” adlandırıb?
Neymar ağır zədə aldı
“Sabah”ın ev oyunları Bakı Olimpiya Stadionunda! - Rəsmi
“Real”ın mövsümdəki ilk məğlubiyyəti
PSJ-nin qələbəsiz oyunları seriyası üçə çatdı
Zamiq Əliyev oynadı, komandası qalib gəldi
Leandro Andrade “Polesye”də qol hesabını açdı - Video
“Qalatasaray”dan çətin qələbə
“Komandada hələ ki, stabillik çatışmır” - Azər Məmmədov
"Şamaxı" Gəncədə 3 xalı 4 qolla qazandı - Video
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi