O da İngiltərə millisinin düşərgəsini tərk etdi

O da İngiltərə millisinin düşərgəsini tərk etdi
XƏBƏR 4 Sentyabr 2018 / 19:14 2624
-  A +

İngiltərə millisi növbəti ciddi itki ilə üzləşib.

Qol.az-ın İngiltərə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, "Liverpul"un yarımmüdafiəçisi Adam Lallana yığmanın düşərgəsini tərk edib. O, zədəli olduğu üçün UEFA Millətlər Liqasında İspaniya ilə oyunu və İsveçrə ilə yoxlama görüşünü buraxacaq.

Qeyd edək ki, bundan əvvəl Rahim Sterlinq zədə səbəbindən millinin düşərgəsini tərk edib.


Son xəbərlər