A Seriyasında legioner limiti?

A Seriyasında legioner limiti?
XƏBƏR 4 Sentyabr 2018 / 18:16 3086
-  A +

İtaliyanın Daxili İşlər Naziri və baş nazirin müavini Matteo Salvini A seriyasında legioner limitinin tədbiq olunması ilə bağlı təklif irəli sürüb.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, o, bildirib ki, ölkədə gənc futbolçuların yetişməsi üçün əcnəbi oyunçulara məhdudiyyət qoyulmalıdır:

"Bu, itib-batan gənclərə özlərini göstərmək baxımından yaxşı imkan yarada bilər. Şadam ki, dünya futbolunun önəmli nümayəndələrindən Roberto Mançini də mənimlə eyni fikirdədir".

Qeyd edək ki, hazırda İtaliya çempionatında hər klubun heyətində meydana Avropa Birliyinə üzv olmayan ölkələrdən 2 futbolçu çıxa bilər. İştirak ərizəsində isə klubun ən azı 8 yetirməsinin adı olmalıdır.


Son xəbərlər