FİFA "Real"ın şikayətini rədd etdi - Modriçlə bağlı

FİFA "Real"ın şikayətini rədd etdi - Modriçlə bağlı
XƏBƏR 4 Sentyabr 2018 / 13:20 3796
-  A +

FİFA "Real"ın Luka Modriçi transfer etmək istəyən "İnter"lə bağlı şikayətini rədd edib.

Qol.az-ın "La Gazzetta dello Sport" nəşrinə istinadən yaydığı xəbərə görə, "kral klubu"nun şikayətini əsassız sayan ali futbol qurumu Milan təmsilçisini cəzalandırmayacaq. FİFA italyanların xorvatiyalı yarımmüdafiəçi ilə danışıqlar prosesində heç bir pozuntu aşkarlamadığı üçün kluba sanksiya tətbiq etməyəcəyini bildirib.

Qeyd edək ki, "Real" rəhbərliyi "İnter"i onların icazəsi olmadan Modriçlə danışıq aparmaqda günahlandırmış və FİFA-ya şikayət etmişdi.


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə