"Qarabağ"ın rəqibindən 2 transfer - rəsmi

"Qarabağ"ın rəqibindən 2 transfer - rəsmi
XƏBƏR 4 Sentyabr 2018 / 11:15 4578
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Vorskla" heyətini gücləndirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Poltava təmsilçisi malili İbrahim Kone və qanalı Nacib Yakubunu transfer edib. 18 yaşlı futbolçuların adı Ukrayna təmsilçisinin yeni mövsüm üçün sifariş ərizəsinə əlavə olunub. Kone yarımmüdafiəçi, Yakubu isə müdafiəçidir.

Qeyd edək ki, "Vorskla" E qrupunda "Qarabağ"la yanaşı, "Arsenal" və "Sportinq"lə də mübarizə aparacaq.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə