UEFA-dan Rəhim Həsənova növbəti təyinat

UEFA-dan Rəhim Həsənova növbəti təyinat
XƏBƏR 3 Sentyabr 2018 / 16:28 3056
-  A +

Azərbaycanlı FİFA referisi Rəhim Həsənov növbəti beynəlxalq oyuna təyinat alıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-cı qrupunda keçiriləcək İslandiya – Estoniya oyununun baş hakimi Rəhim Həsənov olacaq.

Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.

Qeyd edək ki, görüş sentyabrın 6-da keçiriləcək.

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner