Ronaldo klub prezidenti oldu

Ronaldo klub prezidenti oldu
XƏBƏR 3 Sentyabr 2018 / 15:30 4832
-  A +

Braziliya millisinin sabiq üzvü Ronaldo İspaniyanın “Valyadolid” klubunun prezidenti kimi təqdim edilib.

Qol.az-ın klubun Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, veteran hücumçu La Liqa təmsilçisinin səhmlərinin 51 faizini alıb. Bununla da Ronaldo klubun sahibinə çevrilib.

Vaxtilə “Barselona” və “Real” kimi klubların şərəfini qorumuş “yekədiş”in bunun üçün 30 milyon avro ödədiyi bildirilir.

Qeyd edəkk ki, “Valyadolid” hazırda La Liqada 3 turdan sonra 2 xalla 16-cı pillədə qərarlaşıb.


 

Daha çox


Son xəbərlər
topaz banner