İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi

İngiltərə Premyer Liqasında ayın ən yaxşısı seçildi
XƏBƏR 3 Sentyabr 2018 / 15:03 2371
-  A +

İngiltərə Premyer Liqasında avqust  ayının ən yaxşısı futbolçusu müəyyənləşib.

Qol.az-ın İngiltərə Peşəkar Futbol Assosasiyasının saytına istinadən yaydığı xəbərə görə, "Liverpul"un hücumçusu Sadio Mane ötən ayın ən yaxşı oyunçusu seçilib.

Seneqallı futbolçu Serxio Auero (“Mançester Siti”), Nil Eteric (“Kardiff Siti”), Benjamen Mendi (“Mançester Siti”), Lukas Moura (“Tottenhem”) və Roberto Pereyranı (“Uotford”) qabaqlayıb.

Qeyd edək ki, Mane avqustda meydana çıxdığı 3 matçda 3 qol vurub.

Daha çox


Son xəbərlər
topaz banner