Kosovo millisinin hazırlıq planı müəyyənləşdi

Kosovo millisinin hazırlıq planı müəyyənləşdi
XƏBƏR 2 Sentyabr 2018 / 22:12 3086
-  A +

Millətlər Liqasında ilk oyununu millimizə qarşı keçirəcək Kosovo yığması matçın hazırlıqlarına sabah başlayacaq.

Qol.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Bernard Şallandın rəhbərliyi altında bir araya gələcək kollektiv ilk məşqini isə sentyabrın 4-də keçirəcək. Bakıya səfər öncəsi "Fadil Vakkri" stadionunda 2 məşq keçməyi planlaşdıran kosovoluların oyunöncəsi son hazırlığı isə sentyabrın 6-da paytaxtımızda olacaq.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo oyunu saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner