Lukaku "Mançester Yunayted"ə qələbə qazandırdı

Lukaku "Mançester Yunayted"ə qələbə qazandırdı
XƏBƏR 2 Sentyabr 2018 / 21:18 3726
-  A +

İngiltərə Premyer Liqasında 4-cü tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, mövsümə uğursuz start verən "Mançester Yunayted" bu tur səfərdə "Börnli"nin qonağı olub. Romelu Lukakunun 27 və 44-cü dəqiqələrdə vurduğu qollar "qırmızı şeytanlar"a vacib qələbə qazandırıb. Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran Joze Mourinyonun komandası 10-cu pilləyə yüksəlib.

İlk "5-lik"də qərarlaşan "Tottenhem" isə turu məğlubiyyətlə başa vurub. Səfərdə "Uotford"la qarşılaşan London klubu 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, 4 turdan sonra turnir cədvəlinə maksimum nəticə göstərən 3 komanda - "Liverpul", "Çelsi" və "Uotford" başçılıq edir. Son çempion "Mançester Siti" isə 10 xalla 4-cü yerdə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner