Paşayev 90 dəqiqə oynadı, komandası 1 xal qazandı

Paşayev 90 dəqiqə oynadı, komandası 1 xal qazandı
XƏBƏR 2 Sentyabr 2018 / 20:06 2281
-  A +

Milli komandamızın üzvü Pavel Paşayev “Aleksandriya”nın heyətində növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi Ukrayna Premyer Liqasının 7-ci turunun “Lvov”la səfər oyununda 90 dəqiqə meydanda olub. Görüşdə qalib müəyyənləşməyib. Hərəyə 2 qol vuran komandalar 1 xala razı olublar.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 16-ya yüksəldən “Aleksandriya” 2-ci pillədəki yerini qoruyub.

Daha çox


Son xəbərlər
topaz banner