"Sumqayıt" yenə "Sabah"ı uddu

"Sumqayıt" yenə "Sabah"ı uddu
XƏBƏR 2 Sentyabr 2018 / 19:35 3765
-  A +

Milli komandanın oyunları ilə bağlı Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Sabah” və “Sumqayıt” klubları yoxlama oyununda qüvvəsini sınayıb.

Qol.az-ın məlumatına görə, “Əlincə Arena”da keçirilən görüş Nazim Süleymanovun komandasının 2:1 hesablı qələbəsilə nəticələnib. “Gənclik şəhəri” təmsilçisinin qollarını Nicat Qurbanov və Filip İvanoviç (öz qapısına) vurublar. Debütantın heyətində isə Tural Qürbətov fərqlənib.

Qeyd edək ki, bu komandalar Topaz Premyer Liqanın 2-ci turunda da bu arenada qarşılaşmışdılar. Həmin görüşdə də “Sumqayıt” qələbə qazanmışdı – 4:1.

Daha çox


Son xəbərlər
topaz banner