"Neymar "Barselona"ya qayıtsa…" - Ronaldinyo

"Neymar "Barselona"ya qayıtsa…" - Ronaldinyo
XƏBƏR 2 Sentyabr 2018 / 18:40 7111
-  A +

Braziliya millisi və “Barselona”nın sabiq yarımmüdafiəçisi Ronaldinyo Neymarın PSJ-dəki çıxışı haqda danışıb.

Qol.az-ın “Mundo Deportivo” nəşrinə istinadən yaydığı xəbərə görə, veteran futbolçu həmyerlisinin hazırda dünyanın ən yaxşı oyunçularından biri olduğunu bildirib:

“Hazırkı məqamda görürəm ki, Neymar əvvəlki kimi dünyanın ən yaxşı futbolçularından biridir. Onu PSJ-də xoşbəxt görmək xoşuma gəlir. Amma əlbəttə ki, “Barselona”ya qayıtsa, şad olardım. Mümkündürmü? Futbolda hər şey mümkündür”.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında “Barselona”nı PSJ-yə dəyişib.

Daha çox


Son xəbərlər
topaz banner