Millimizin üzvü yeni klubunda debüt etdi

Millimizin üzvü yeni klubunda debüt etdi
XƏBƏR 2 Sentyabr 2018 / 15:50 3833
-  A +

Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilir.

Qol.az-ın xəbərinə görə, millimizin müdafiəçisi Ufuk Budakın çıxış etdiyi “Boluspor” səfərdə “Afyonspor”la qarşılaşıb və  1:0 hesablı qələbə qazanıb.

Ufuk bu görüşdə “Boluspor”un heyətində debüt edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, “Boluspor” 4 turdan sonra 12 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner