Hın Min Son əsgərlikdən azad oldu

Hın Min Son əsgərlikdən azad oldu
XƏBƏR 2 Sentyabr 2018 / 13:40 5375
-  A +

“Tottenhem”in və Cənubi Koreya millisinin futbolçusu Hın Min Son hərbi xidmətdən azad olub.

Qol.az-ın xəbərinə görə, buna səbəb Koreya yığmasının Asiya oyunlarında qələbə qazanması olub. Koreya final qarşılaşmasında Yaponiyaya 2:1 hesabı ilə qalib gəlib.

Cənubi Koreya qanununa görə, idmançının olimpiya və ya Asiya oyunlarında medalı varsa, əsgərlikdən imtina etmək hüququ qazanır.

Qeyd edək ki, Cənubi Koreyada hərbi xidmətə 28 yaşına çatmamış şəxslər yollanır. Min Sonun 26 yaşı var.

Daha çox


Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner