“Futbolçu olmasaydım, qatil olardım” – Melo

“Futbolçu olmasaydım, qatil olardım” –  Melo
XƏBƏR 2 Sentyabr 2018 / 13:07 4350
-  A +

Braziliya milllisinin sabiq üzvü Felipe Melo maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, futbola gəlişində danışan 35 yaşlı yarımmüdafiəçi deyib:

“Əgər futbolçu olmasaydım, qatil olardım. Braziliyanın ən təhlükəli bölgəsində böyümüşəm. Orada silahlı insanlar, narkotika satanlar çox idi. Ancaq mən arzumun dalınca getməyə qərar verdim.
Həyat yoldaşımla qarşılaşandan sonra isə hər şey dəyişdi. Allaşa şükür ki, üç övladımız oldu. Mənim üçün hər şeydən vacib ailəmdir”.

Qeyd edək ki, hazırda ölkəsində “Nasional”da çıxış edən Melo, “Yuventus”, “Fiorentina”, “Qalatasaray, “İnter” (Milan) kimi klublarda da oynayıb.

Daha çox


Son xəbərlər
topaz banner