"Liverpul"dan ardıcıl 4-cü qələbə

"Liverpul"dan ardıcıl 4-cü qələbə
XƏBƏR 1 Sentyabr 2018 / 17:45 3307
-  A +

Mövsümə uğurlu start verən "Liverpul" ardıcıl 4-cü qələbəsini qazanıb.

Qol.az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının 4-cü turunun açılış oyununda səfərdə "Lester"in qonağı olan Yurgen Kloppun komandası rəqibini 2:1 hesabı ilə məğlub edib. Mersisaydlıların heyətində 10-cu dəqiqədə Sadio Mane, 45-ci dəqiqədə Roberto Firmino fərqləniblər. "Lester"in yeganə qolunu isə komandanın yeni transferi Raşid Gezzal vurub. Bu qol eyni zamanda "Liverpul"un yeni mövsümdə qapısından buraxdığı ilk top olub.

Qeyd edək ki, 4 turdan sonra maksimum nəticə göstərən "Liverpul" 12 xalla turnir cədvəlinə başçılıq edir.

Daha çox


Son xəbərlər
topaz banner