Şeydayev yenə ehtiyatda qaldı

Şeydayev yenə ehtiyatda qaldı
XƏBƏR 1 Sentyabr 2018 / 17:17 3092
-  A +

Rusiya Premyer Liqasında 6-cı turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" öz meydanında "Anji"ni qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 83-cü dəqiqəsində Sergey Kornilenko vurub. Ramilin adı matçın iştirak ərizəsinə salınsa da, futbolçumuz bundan əvvəlki turun "Yenisey"lə oyununda olduğu kimi yenə ehtiyatda qalıb.

Qeyd edək ki, 6 oyundan sonra 7 xal toplayan "Krılya Sovetov" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner