Poqba "Yuventus"a qayıtmaq istəyir

Poqba "Yuventus"a qayıtmaq istəyir
XƏBƏR 1 Sentyabr 2018 / 13:20 3481
-  A +

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba İtaliyaya qayıda bilər.

Qol.az-ın “Tuttosport” nəşrinə istinadən yaydığı xəbərə görə, fransalı futbolçu yenidən “Yuventus”un formasını geyinmək istəyir. Joze Mourinyo ilə münasibətləri yaxşı olmayan dünya çempionunun qış transfer pəncərəsində Turin klubuna transfer ola biləcəyi iddia olunur.

Qeyd edək ki, Poqba “Mançester Yunayted”ə 2016-cı ildə məhz “Yuventus”dan keçib.

Daha çox


Son xəbərlər
topaz banner