PSJ yeni hücumçu aldı - rəsmi

PSJ yeni hücumçu aldı - rəsmi
XƏBƏR 1 Sentyabr 2018 / 12:18 4631
-  A +

PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Paris təmsilçisi "Stok Siti"dən ayrılan Erik-Maksim Çupo-Motinqi transfer edib. Kamerunlu hücumçu ilə 2 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu yeni komandasında 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Çupo-Motinq "Stok Siti" ötən mövsümün sonunda aşağı dəstəyə düşdüyü üçün bu komandadan ayrılıb.

Daha çox


Son xəbərlər
topaz banner