"Azərbaycanda azarkeşlər çılğındır" - "Arsenal"ın qapıçısı

"Azərbaycanda azarkeşlər çılğındır" - "Arsenal"ın qapıçısı
XƏBƏR 31 Avqust 2018 / 19:49 8862
-  A +

"Arsenal"ın qapıçısı Bernd Leno Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, DÇ-2018-in seçmə mərhələsində səfərdə Azərbaycanla oyunu xatırladan alman qolkiper bildirib ki, ölkəmizdə azarkeşlər çılğındır: "Meydan çox yaxşı və  azarkeşlər çılğın idi. Oyunçuların çoxunu tanımırdım, ancaq uzun və maraqlı səfər oldu".

O, maraqlı oyunlar olacağını deyib.

Xatırladaq ki, “Qarabağ” E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.

Daha çox


Son xəbərlər
topaz banner