"Vorskla”nın baş məşqçisi püşkü dəyərləndirdi

"Vorskla”nın baş məşqçisi püşkü dəyərləndirdi
XƏBƏR 31 Avqust 2018 / 18:28 10157
-  A +

Ukraynanın "Vorskla” klubunun baş məşqçisi Vasili Saçko Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, o, bununla bağlı bildirib:

"Biz bilirdik ki, güclü rəqiblərlə qarşılaşacaq. Çox şadıq ki, bunlardan biri London "Arsenal”ı oldu. Bu və digər komandaların fonunda öz imkanlarımızı yoxlayacağıq. Qrupun "qara fiqur"u bizik. Əsas ciddi hazırlaşmalı və meydanda ən yaxşı keyfiyyətlərimizi göstərməliyik".


Xatırladaq ki, “Qarabağ” E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.

Daha çox


Son xəbərlər
topaz banner