"Spartak"ın futbolçusu "Sevilya"da

"Spartak"ın futbolçusu "Sevilya"da
XƏBƏR 1 Sentyabr 2018 / 00:10 4138
-  A +

"Spartak"ın futbolçusu Kvinsi Promes karyerasını İspaniyada davam etdirəcək.

Qol.az-ın Moskva klubunun saytına istinadən yaydığı xəbərə görə, hollandiyalı yarımmüdafiəçi "Sevilya"ya keçib. La Liqa klubunun 26 yaşlı futbolçu üçün qarşı tərəfə 21 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, Promes 2014-cü ildə "Tvente"dən "Spartak"a keçmişdi. O, Rusiya klubunda 115 oyuna 59 qol vurub.

Daha çox


Son xəbərlər
topaz banner