“Bu qələbəyə ehtiyacımız var idi” - Əmrah Çəlikəl

“Bu qələbəyə ehtiyacımız var idi” -  Əmrah Çəlikəl
XƏBƏR 31 Avqust 2018 / 00:00 4362
-  A +

“Nəticəni öz xeyirimizə dəyişmək üçün əlimizdən gələni edəcəyimizi ilk matçdan sonra bilirdik. Şükürlər olsun ki, bu gün oyunumuz yaxşı alındı. Məncə, bu qələbəyə ehtiyacımız var idi. Buna sizin də ehtiyacınız vardı. Nəticə ürəyimizcə oldu. Biz bu nəticəyə görə çox şadıq. Bütün “Qarabağ” kollektivini, azarkeşlərini təbrik edirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın direktoru Əmrah Çəlikəl Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Şerif" matçından (3:0) sonra jurnalistlərə açıqlamasında deyib.

O, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki hədəflərini açıqlayıb:

“Biz hər zaman bütün yarışlarda ən üst nəticəni özümüzə hədəf qoyuruq. Eləcə də Avropa Liqasında. Onsuz da, işimiz, hər şeyimiz buna görə qurulur”.

Çəlikəl klub rəhbəri Tahir Gözəlin “Şerif”lə oyunu stadiondan izləməməsinə də aydınlıq gətirib:

“Tahir bəy hamıya salamlarını göndərdi. Vacib işləri ilə əlaqədər olaraq burada deyildi. Ancaq biz onunla görüntülü danışdıq, sanki burda kimi idi”.

Ə. Çəlikəl qruplarda BATE ilə düşmək ehtimalını da dəyərləndirib:

“Qismətimizdə hansı klublar varsa, onlar düşəcək. BATE də olmasa, kim olur olsun, bizim hədəfimiz maksimum nəticə əldə etməkdir. Bu gün arxamızda çox gözəl azarkeş ordusu vardı. Nəticədə bunu da çox böyük təsiri oldu. Mən də bütün “Qarabağ” sevərlərə təşəkkür edirəm, onları ürəkdən təbrik edirəm”.

Klubun direktoru son olaraq, transfer məsələlərinə də nəzər yetirib:

“Transfer məsələsində Qurban müəllim tam səlahiyyət sahibir. Bu günə kimi onun istədiyi futbolçuları gətirmişik. Sabaha qədər gözləyək, hər hansı transfer olsa, yəqin ki, biləcəksiniz. Transfer pəncərəsinin bağlanmağına bir gün qalmış olsa da, lazım olanda transferi bir günə də tamamlamışıq. Əgər belə bir şey olsa, sizlərlə də bölüşəcəyik”.

Daha çox


Son xəbərlər
topaz banner