Qol kralı karyerasını başa vurdu

Qol kralı karyerasını başa vurdu
XƏBƏR 30 Avqust 2018 / 15:25 5749
-  A +

ABŞ millisinin sabiq üzvü Klint Dempsi futbolçu karyerasını bitirib.

Qol.az-ın xəbərinə görə, bu barədə 35 yaşlı futbolçu İnstaqram səhifəsində yazıb.

Karyerası ərzində “Fulhem”, “Tottenhem” kimi klublarda forma geyinən Dempsi, son olaraq ABŞ-ın “Sietl Saunder” klubunda çıxış edib.

İngiltərə Premyer Liqasında 72 dəfə rəqib qapılarına yol tapan hücumçu, ABŞ futbol tarixinin ən çox qol vuran futbolçusu ünvanına sahibdir.

Qeyd edək ki, Dempsi ABŞ yığması ilə 141 oyunda iştirak edib və 57 qola imza atıb.

Daha çox


Son xəbərlər
topaz banner