Kosovo - Azərbaycan oyununun stadionu müəyyənləşdi

Kosovo - Azərbaycan oyununun stadionu müəyyənləşdi
XƏBƏR 30 Avqust 2018 / 14:10 5163
-  A +

Millimizin UEFA Millətlər Liqasında Kosovo ilə səfər matçının stadionu müəyyənləşib.

Qol.az-ın Kosovo Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma Priştina şəhərindəki “Fadil Vokkri” arenasında keçiriləcək. UEFA əsaslı təmir işlərindən sonra lazımı meyarlara cavab verən stadiona Millətlər Liqasının oyunlarını keçirmək üçün lisenziya verildiyini açıqlayıb.

Qeyd edək ki, Kosovo – Azərbaycan matçı noyabrın 20-də oynanılacaq. Kosovolular bu arenada ilk oyunlarını isə sentyabrın 10-da Farer adaları yığmasına qarşı keçirəcək.

Xatırladaq ki, millimizin Millətlər Liqasında ilk oyunu da Kosovo yığması ilə Bakıda olacaq.

Daha çox


Son xəbərlər
topaz banner