Malta “Keşlə”yə qol vuran braziliyalını milliləşdirir

Malta “Keşlə”yə qol vuran braziliyalını milliləşdirir
XƏBƏR 30 Avqust 2018 / 13:16 2417
-  A +

Yığmamızın Millətlər Liqasındakı rəqiblərindən olan Malta millisi heyətini əcnəbi futbolçularla gücləndirmək istəyir.

Qol.az-ın Malta mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Rey Farruciya federasiyadan braziliyalı oyunçular – Antonio Koşta  və Aleks de Payxaonun milliləşdirilməsini istəyib.

Onun müraciətindən sonra federasiya hər iki hücumçuya vətəndaşlıq almaq üçün müvafiq qurumlara lazım olan sənədləri təqdim edib. Ancaq futbolçularla bağlı yekun qərarın nə zaman açıqlanacağı bəlli deyil.

Qeyd edək ki, Antonio Koşta Estoniyanın “Nomme Kalyu”, Aleks de Payxao isə Maltanın “Baltsan” klubunda çıxış edir. Sonuncu Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda (4:1) “Keşlə”yə qol vurmuşdu.

Daha çox


Son xəbərlər
topaz banner