"Qarabağ" - "Şerif": nə qədər bilet satılıb?

"Qarabağ" - "Şerif": nə qədər bilet satılıb?
XƏBƏR 30 Avqust 2018 / 12:47 7109
-  A +

Avropa Liqasının pley-off mərhələsində bu gün keçiriləcək “Qarabağ” – “Şerif” oyununa bilet satışı davam edir.

Ağdam klubundan Qol.az-a verilən məlumata görə, qarşılaşmaya cəmi 16 min bilet satılıb.

Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, 28 Mall-da, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner