Millimizin futbolçusu Araz Abdullayev karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
Qol.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi bir müddət əvvəl məşqlərində iştirak etdiyi "Qarabağ"a transfer oluna bilər.
Bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə cavab oyunu öncəsi bu gün keçirdiyi mətbuat konfransında bildirib: "Arazın bəzi klublarla problemləri var. Biz dünəndən maraqlanmağa başlamışıq ki, bunu necə həll etmək olar. Öz tərəfimizdən kömək etməyə çalışırıq. Həmin klublardan istədiyimiz cavabı ala bilsək, onu komandamıza cəlb edə bilərik. Arazın müqaviləsi var və buna görə də sərbəst futbolçu deyil".
Qeyd edək ki, A.Abdullayev bu yay Yunanıstanın "Panionios" klubu ilə müqavilə imzalayıb. Ancaq o, sonra bu klubda oynamaqdan imtina edib. A.Abdullayevlə Avstriya Bundesliqa təmsilçisi "Mattersburq"un da ciddi maraqlandığı iddia olunur.
Karim Rossi “Qəbələ”də
"İnter"in hədəfinə düşdü
"Kəpəz" onu da göndərdi
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər